четверг, 7 июля 2016 г.

“Şəfa” istirahət mərkəzi


Qusar Rayon Mərkəzi Xəstəxanası yeni binada yerləşəndən sonra 2013-cü ildə Həmkarlar İttifaqı Konfederasiyası və Səhiyyə Nazirliyinin köməkliyi ilə xəstəxananın binası Əmlak Komitəsinin qərarı ilə Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə verilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, iki hektar torpaq sahəsi və ərazidə yerləşən bütün binalar özəlləşdirilib və Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mülkiyyətidir.
"Şəfa" istirahət mərkəzi Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcə vəsaiti hesabına tikilib.